RU

ABŞ Senatında İrana qarşı hərbi təhdidlər müzakirə olunur

BAKI, 25 fevral. TELEQRAF

Ağ Ev Amerika ictimaiyyətinə İrana qarşı yenidən hərbi güc tətbiq etməklə hədələməsinin səbəbini izah etməlidir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Senatında demokratların lideri Çak Şumer tələb edib.

Çak Şumer bildirib ki, məsələ olduqca ciddidir və administrasiya arqumentlərini ictimaiyyətə təqdim etməlidir. O qeyd edib ki, qapalı və məxfi brifinqlər kifayət etmir.

Şumer vurğulayıb ki, dövlət katibi Marko Rubio kimi icra hakimiyyətinin yüksək vəzifəli şəxslərinin Konqres rəhbərliyi üçün keçirdiyi qapalı iclaslar müsbət addım olsa da, bu, ictimai izahın əvəzini vermir. Onun sözlərinə görə, söhbət bu qədər ciddi məsələdən gedirsə, administrasiya mövqeyini birbaşa Amerika xalqına çatdırmalıdır.

Избранный
14
teleqraf.com

1Источники