“Nyukasl” “Qarabağ”a qarşı oyunda hesab 2:0 olarkən Ağdam təmsilçisinin müdafiə xəttini keçməkdə çətinlik çəkib.
Publika.az xəbər verir ki, bunu “Nyukasl”ın baş məşqçisi Eddi Hau “Qarabağ”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:
“1/8 finala yüksəlmək bizim üçün tarixi uğurdur. Bu axşam ideal oyun sərgilədiyimizi deməzdim. Görünür, əsas çətinliyimiz görüşün əvvəlində hesabı 2:0 etməyimizdən sonra yarandı. Daha çox qol vurmaq üçün lazımi istəyi və aqressiyanı göstərə bilmədik. İkinci hissədə isə oyun daha açıq keçdi, hər iki komanda tez-tez hücumlara atılırdı. Hesab 2:0 olduqdan sonra rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik”.
O, qitənin ən nüfuzlu klub turnirində böyük təcrübələr qazandıqlarını bildirib: