UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start verilib.
Publika.az xəbər verir ki, İspaniyada "Atletiko Madrid" Belçikanın "Brügge" komandasını qəbul edib. Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk görüşdə 3:3 hesablı heç-heçə qeydə alınıb.
Bununla da ispanlar növbəti raunda yüksəliblər.
"İnter" isə ikinci görüşdə də Norveç klubu “Budyo Qlimt”ə uduzaraq mübarizəni dayandırıb (1:3; 1:2).