RU

8 yaşlı uşağı xilas edən özbək yenə mükafatlandırıldı

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sankt-Peterburqda 7-ci mərtəbədən düşən oğlanı xilas edən gözətçi bu dəfə şəhər rəhbərliyi tərəfindən mükafatlandırılıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Xayrullo İbadullayevə mükafatı şəhər qubernatoru Aleksandr Beqlov şəxsən təqdim edib.

Bundan 1 gün əvvəl isə gözətçi Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən medalla  təltif edilmişdi.

Xatırladaq ki, ötən həftə Sankt-Peterburqda yaşayış evlərinin birinin 7-ci mərtəbəsindən yıxılan 8 yaşlı uşaq məhz İbadullayevin sayəsində sağ qalmışdı.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
525.az

1Источники