İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi ABŞ-a açıq mesaj göndərib.
"Ölkə.az" xəbər verir ki, Musəvi Vaşinqtonu İrana qarşı istənilən hərbi addımdan çəkinməyə çağırıb. O bildirib ki, Tehran müharibəyə başlamayıb və əvvəlki mərhələdə yanaşma münaqişənin genişlənməsinin qarşısını almaq və itkiləri minimuma endirmək olub.
Generalın sözlərinə görə, ABŞ-ın addımları İranın yanaşmasını dəyişməyə məcbur edib: “Bu dəfə səhv etsələr, düşmənə ağır itkilər yetirəcəyik”.
Musəvi əlavə edib ki, İran xalqı və silahlı qüvvələr “hegemon sistemə” qarşı sona qədər mübarizə aparmaq əzmindədir.(Musavat.com)