RU

Günün qoroskopu Karyerada planlı addımlar müsbət nəticə verəcək

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bu gün səma enerjisi daha çox daxili tarazlıq və düşünülmüş qərarlar tələb edir. Planetlərin mövqeyi emosional həssaslığı artırır, köhnə mövzular yenidən gündəmə qayıda bilər. Xüsusilə Merkurinin aktivliyi ünsiyyət, yazışma və qərarvermə prosesində diqqətli olmağı vacib edir. Ayın təsiri isə hissləri gücləndirir, intuisiya bir çoxları üçün əsas istiqamətverici rol oynaya bilər. Bu gün tələskən addımlar yox, ölçülü-biçili yanaşma üstünlük qazanır. Həm şəxsi münasibətlərdə, həm də iş həyatında səbr və aydın ünsiyyət günün əsas açarıdır.Demokrat.az 2026-cı ilin 25 Fevralı üçün günün qoroskopunu təqdim edir:QoçBu gün daxili aləm daha həssasdır. Köhnə xatirələr, yarımçıq qalan hisslər yenidən üzə çıxa bilər. Ayın Balıqlar bürcündə Merkuri ilə yaxınlaşması emosiyaları gücləndirir, yuxulara və qəfil assosiasiyalara diqqət artır. Enerjini qorumaq vacibdir, artıq söz və gərgin müzakirələr yorucu ola bilər. Karyerada əlaqələr genişlənə bilər, amma tələsmək yox, səbr önəmlidir. Romantik münasibətlərdə səmimi söz və kiçik jestlər böyük təsir bağışlayacaq. Maliyyə məsələlərində aydınlıq yaradın, xərcləri gözdən keçirin. Fiziki gərginliyi azaltmaq üçün hərəkət yaxşı təsir edər.BuğaSosial çevrə və gələcək planlar diqqət mərkəzindədir. Keçmişdən kiminsə yenidən ortaya çıxması mümkündür. Kiminlə yol getdiyinizi yenidən dəyərləndirin. Şəxsi cazibə artır, işdə irəliləyiş şansı görünür. Amma impulsiv qərarlardan uzaq durmaq lazımdır. Sevgi münasibətlərində sakit və düşünülmüş yanaşma daha faydalıdır. Maliyyədə sabitlik qorunur, uzunmüddətli planlar üçün münasib zamandır. Sağlamlıq isə nizamlı gündəlik rejim tələb edir.ƏkizlərKaryera və ictimai mövqe ilə bağlı suallar yarana bilər. Yazışmalarda və sənədlərdə diqqətli olun. Merkurinin Dolça bürcündə Yupiterlə uyğunlaşması ünsiyyət imkanlarını genişləndirir. Yeni ideyalar yaranır, amma hər ideyanı dərhal reallaşdırmaq vacib deyil. Romantik münasibətlər açıq söhbətlərlə güclənir. Maliyyədə büdcəni yenidən nəzərdən keçirmək faydalıdır.XərçəngDaxili inam və baxış bucağı dəyişə bilər. İdeallaşdırılan mövzuda xəyal qırıqlığı mümkündür. Amma bu, daha real düşünmək üçün fürsətdir. Ayın öz bürcünüzdə olması emosional həssaslığı artırır. Ev və ailə məsələləri ön plana keçir. İşdə dəyərlərinizə uyğun istiqamət seçmək rahatlıq verəcək. Maliyyədə ehtiyatlı davranmaq, gələcək üçün vəsait ayırmaq məqsədəuyğundur.Şirİntim münasibətlər və ortaq maliyyə mövzuları aktuallaşır. Köhnə məsələlər yenidən müzakirə oluna bilər. Şəffaflıq ən doğru yoldur. Günəşin Yupiterlə uyğun mövqeyi şansları artırır. Karyerada nüfuz yüksələ bilər. Romantik münasibətlərdə səbr və anlayış ön planda olmalıdır. Maliyyədə riskli addımlardan uzaq durmaq daha düzgündür.QızTərəfdaşlıq mövzuları diqqət tələb edir. Deyilməmiş sözlər münasibətlərdə məsafə yarada bilər. Açıq və sakit danışıq vəziyyəti yumşaldar. İşdə planlı yanaşma uğur gətirəcək. Sağlamlıq yorğunluq siqnalı verirsə, tempi azaltmaq lazımdır. Maliyyədə strukturlaşdırılmış plan sabitlik yaradar.TərəziGündəlik işlərdə qarışıqlıq mümkündür. Planları yenidən yoxlamaq faydalıdır. Yaradıcılıq yüksəlir, amma real addım olmadan nəticə çətin olar. Münasibətlərdə diplomatik yanaşma harmoniya yaradır. Maliyyədə emosional qərarlardan uzaq durmaq vacibdir. Özünüzə vaxt ayırmaq daxili tarazlığı bərpa edər.ƏqrəbKöhnə hisslər və ya yarımçıq qalmış münasibət yenidən gündəmə gələ bilər. Hisslərlə reallığı ayırmaq vacibdir. Marsın Plutonlə uyğun mövqeyi daxili gücü artırır. İşdə strateji düşüncə üstünlük qazandırır. Maliyyədə ortaq qərarlar önəmlidir. Emosional balans sağlamlığa da müsbət təsir edəcək.OxatanAilə və ev mövzuları həssasdır. Səbrli yanaşma münasibətləri qoruyar. Yupiterin Merkuri ilə uyğunluğu yeni ideyalar və ünsiyyət imkanları yaradır. İşdə fokuslu hərəkət nəticə verəcək. Maliyyədə uzunmüddətli plan qurmaq daha sərfəlidir.OğlaqSözlərə diqqət yetirmək lazımdır. Səhv anlaşılma riski var. Saturn uzunmüddətli hədəfləri yenidən gözdən keçirməyə vadar edir. Karyerada planlı və səbirli addımlar müsbət nəticə verəcək. Ailə münasibətlərində etibarlılıq əsasdır. Maliyyə idarəçiliyində ehtiyatlı olmaq məsləhətdir.DolçaMaliyyə və şəxsi dəyər mövzuları aktuallaşır. Köhnə qazanc mənbəyi yenidən diqqət çəkə bilər. Merkuri ideyaları canlandırır və yeni yanaşma təklif edir. İşdə strateji düşüncə uğur gətirər. Münasibətlərdə açıq ünsiyyət önəmlidir.BalıqlarDaxili aləm dərinləşir, nostalji hisslər arta bilər. Qərar verməyə tələsmək lazım deyil. Neptunun Aylə uyğunluğu intuisiya gücləndirir. Yaradıcılıq və ruhani mövzular ön plana keçir. Maliyyədə xərcləri diqqətlə dəyərləndirmək lazımdır. Sağlamlıq üçün zehni sakitləşdirən fəaliyyətlər faydalıdır.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
demokrat.az

1Источники