RU

ABŞ Rusiyanı yeni sanksiyalarla vurdu

ABŞ Maliyyə Nazirliyi Rusiya ilə bağlı sanksiya siyahısını genişləndirərək ora dörd fiziki şəxs və üç təşkilatı daxil edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.

Müvafiq sənəddən məlum olur ki, məhdudiyyətlər CAATSA qanunu və kiberfəaliyyətlə bağlı tədbirlər çərçivəsində tətbiq edilib. Siyahıya Rusiya və Özbəkistan vətəndaşları, o cümlədən Sergey Zelenyuk, Oleq Kuçerov, Marina Vasanoviç və Əzizjon Mamaşoyev düşüblər.

Həmçinin siyahıya Rusiya və BƏƏ-də qeydiyyatdan keçmiş şirkətlər, o cümlədən "MATRIX LLC", "Advance Security Solutions" və "Special Technology Services LLC FZ" əlavə edilib.

Избранный
25
publika.az

1Источники