RU

Kanada Ukraynaya 2 milyard dollarlıq yardım edəcək

Kanada Ukraynaya 2 milyard dollarlıq yardım edəcək

Kanadanın Baş naziri Mark Karni Ukrayna-Rusiya müharibəsinin dördüncü ildönümündə Kiyev rəhbərliyinə təxminən 2 milyard dollarlıq hərbi yardım edəcəyini açıqlayıb.

Karni müharibənin dördüncü ildönümü münasibətilə verdiyi bəyanatda bildirib ki, bu vəsait Ukraynanın daha davamlı bir ordu qurmasına kömək edəcək. Baş nazir həmçinin Rusiya hücumları nəticəsində zərər görmüş infrastrukturu bərpa etmək üçün əlavə 20 milyon dollar ayrıldığını qeyd edib.

Karni Kanadanın 2022-ci ildən bəri Ukraynaya ümumilikdə 25,5 milyard dollardan çox yardım etdiyini, bunun 13 milyard dollarının birbaşa maliyyə dəstəyi olduğunu diqqətə çatdırıb.

Kanada hökuməti həmçinin Rusiyanın neft gəlirlərini hədəf alan sanksiyaları sərtləşdirir. Baş nazir qeyd edib ki, sanksiyalar neft satışındakı məhdudiyyətlərdən yayınmağa çalışan 100-dən çox gəmidən ibarət "kölgə donanması"na qarşı tətbiq olunacaq. Eyni zamanda, Rusiya xam nefti üçün tətbiq edilən tavan qiyməti 60 dollardan 44,10 dollara qədər endirilib.

Xatırladaq ki, Kanada G7 və Aİ tərəfdaşları ilə birlikdə 5 dekabr 2022-ci ildən bəri Rusiyanın enerji gəlirlərini azaltmaq məqsədilə koordinasiyalı şəkildə tavan qiymət mexanizmini tətbiq edir.

Избранный
19
afn.az

1Источники