
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində baş verən qəza aradan qaldırılıb.
AFN.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təsərrüfatı məlumat yayıb. Bildirilir ki, diametri 560 millimetr olan içməli su xəttində qəza hadisəsi qeydə alınan kimi əraziyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb edilib. Su xəttində ilkin olaraq qaynaq işləri aparılmaqla qəza aradan qaldırılıb.
Hazırda bütün istiqamətlər üzrə təmir-bərpa işləri yekunlaşıb və suyun verilməsi bərpa edilib. Lakin bəzi ərazilərdə əhali tərəfindən primitiv üsulla çəkilən xətlər standartlara cavab vermədiyi üçün hidravlik rejimin tam bərpası müəyyən vaxt tələb edir.
Qurum rəsmiləri vətəndaşlara göstərdikləri anlayışa görə təşəkkür edib və infrastrukturun qorunmasının vacibliyini vurğulayıb.