RU

Tiktokda təhlükəli trend yayılıb Həm də qayda pozuntusudur (VİDEO)

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sosial şəbəkə platforması “TikTok”da sürücülər arasında yeni və təhlükəli trend yayılıb. Videolarda avtomobil hərəkətdə olduğu halda, ön oturacaqda əyləşən sərnişinin təhlükəsizlik kəmərini taxmadan, yolun hərəkət istiqamətinə əks formada oturduğu və musiqi oxuduğu görünür. Bu cür davranış həm yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasıdır, həm də qəza riski baxımındanolduqca təhülkəlidir.Bu barədə hüquqşünas Aysel Süleymanova Demokrat.az-a açıqlama verib. O bildirib ki, bu cür davranışlar Azərbaycan Respublikasının Yol Hərəkəti Haqqında Qanununun tələblərinə ziddir və inzibati məsuliyyət yaradır:“Avtomobil hərəkətdə olan zaman həm sürücü, həm də ön oturacaqda əyləşən sərnişin təhlükəsizlik kəmərindən istifadə etməlidir. Sərnişinin kəməri taxmaması və üstəlik, yolun hərəkət istiqamətinə əks formada oturması birbaşa qayda pozuntusudur. Bu hal sürücünün də məsuliyyətini artırır, çünki nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasına nəzarət etmək məhz sürücünün vəzifəsidir”.Hüquqşünasın sözlərinə görə, təhlükəsizlik kəmərindən istifadə edilməməsinə görə sürücü barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq oluna bilər:“Sərnişinin təhlükəsizlik qaydalarına əməl etməməsi qəza zamanı ağır nəticələrə səbəb ola bilər ki, bu da hüquqi məsuliyyəti daha da ağırlaşdıra bilər. Yol hərəkəti qaydaları sosial şəbəkə üçün şou məqsədilə pozula bilməz. Qəza baş verdiyi halda, bu cür videolar sübut kimi qiymətləndirilə və sürücü məsuliyyətdən yayına bilməz. Sosial mediada trend olması bu davranışlara hüquqi bəraət qazandırmır,” – deyə hüquqşünas əlavə edib.Leyla Turan

Demokrat.az

 

@nnemka97 @jalya.qurbanova @_efs_✨ #foryoupage #bdtiktokofficial #öneçık #fypシ゚viralvideo ♬ orijinal ses - ?

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
demokrat.az

1Источники