Müğənni İzzət Bağırovun açıqlaması marağa səbəb olub.
Ölkə.az milli.az-a istinadən xəbər verir ki, "Öz aramızda" verilişində qonaq olan sənətçi boşandıqdan sonra övladına baxmayan ataları qınayıb:
"Ola bilər ki, xanımla yola getməyəsən. Amma uşağın günahı nədir? Başına dəyin 200 manat aliment. 200 manat aliment olar? Atanın borcudur uşağına baxmaq. Yalnız aliment pulu ödəməklə iş tamamlanmır".