RU

DEPUTATLAR BU TARİXDƏ TOPLANACAQ Hansı qanunlar müzakirə olunacaq? + SİYAHI

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Milli Məclisin yaz sessiyası üzrə fevralın 27-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Mia.az xəbər verir ki, iclasda aşağıdakı qanunlara dəyişikliklər müzakirəyə çıxarılacaq:

1. "Kinematoqrafiya haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

2. Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

3. Mülki Məcəllədə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

4. Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

5. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

6. "Yerin təki haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

7. "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

8. Əmək Məcəlləsində və "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

9. "Mədəniyyət haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
49
mia.az

10Источники