RU

Üzərlikdən istifadə qadağan oluna bilər KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

Üzərlik bitkisinin əsrlərdir ənənəvi məqsədlərlə istifadə olunmasına baxmayaraq, onun tərkibində psixoaktiv təsir göstərən harmala alkaloidlərinin mövcudluğu bu bitki ətrafında yeni müzakirələr yaradıb. Bəs bu xüsusiyyətləri nəzərə alınarsa, üzərliyin qadağan edilməsi gündəmə gələ bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, harmala alkaloidləri müəyyən dərəcədə sakitləşdirici təsir göstərə bilir.

“Bu maddələr beyində serotonin və əhval-ruhiyyəyə müsbət təsir edən digər bioloji aktiv maddələrin səviyyəsinə təsir edir. Lakin üzərliyin adi qaydada yandırılıb tüstülədilməsi zamanı güclü psixoaktiv təsir yaranmır. Bu, əsasən xalq arasında mövcud olan ənənəvi istifadə formasıdır”.

Həkim qeyd edib ki, risk daha çox bitkinin qapalı məkanlarda və yüksək dozada istifadəsi zamanı ortaya çıxır. Belə hallarda tüstünün çox olması orqanizmdə zəhərlənməyə səbəb ola bilər.

“Qapalı şəraitdə və həddindən artıq istifadə zamanı zəhərlənmə ehtimalı artır. Amma düşünmürəm ki, insanlar bunu məqsədli şəkildə belə şəraitdə istifadə etsinlər. Dozanın çox olması əsas təhlükə faktorudur”, – deyə o, vurğulayıb.

Mütəxəssis hesab edir ki, üzərliyin ənənəvi və məhdud istifadəsi ciddi psixoaktiv təsir yaratmadığı üçün onun qadağan edilməsi məsələsi daha çox istifadə formasından və təhlükəsizlik risklərindən asılıdır.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
konkret.az

2Источники