RU

Fransada deputat və hüquqşünaslar dini siyasi alətə çevirməməyə çağırıblar

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paris, 24 fevral, AZƏRTAC

Fransanın bəzi dairələrində Ramazan ayı ilə bağlı müzakirələr yaranıb.

AZƏRTAC xəbər verir ki, Fransa Müsəlman Dini Şurasının məlumatına görə, bu ölkədə Ramazan ayının başlanma tarixi ilə bağlı fikir ayrılığı olub.

Müzakirələrə səbəb olan əsas məqamlardan biri isə son günlər dərc edilmiş və Ramazan ayını “islamizm” və “separatizm” anlayışları ilə əlaqələndirən məqalə olub. Bu yanaşma bir sıra siyasətçilər və hüquqşünaslar tərəfindən tənqid edilib və “media alətləşdirməsi” kimi qiymətləndirilib.

Sena-Sən-Deni departamentindən “Əyilməz Fransa” partiyasının deputatı Ali Diuara X sosial şəbəkəsində bildirib ki, dini ibadət dövlətin fəaliyyətinə mane olmur və bəzi media orqanlarının yanaşması stiqmatizasiya kimi qiymətləndirilib.

Hüquqşünas Sefen Gez isə Ramazanın “islamizm” və ya “separatizm” kimi təqdim edilməsinin həddindən artıq siyasiləşdirilmiş yanaşma olduğunu qeyd edib.

Xatırladaq ki, Fransada ötən il Ramazan ayı ərəfəsində ərzaq bazarında, xüsusilə yumurta təchizatında çatışmazlıqla bağlı müzakirələr yaşanıb. Bəzi media orqanlarında artan tələbatın Ramazanla əlaqələndirilməsi cəmiyyətdə polemikaya səbəb olub. Peşəkar birliklər isə həmin dövrdə bildirib ki, bazardakı gərginlik təkcə mövsümi tələbatla deyil, logistika və istehsal zəncirindəki çətinliklərlə bağlıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
1
azertag.az

2Источники