RU

Donald Trump-ın yeni qlobal gömrük rüsumu – 10 faizlə qüvvəyə minib

ABŞ Ali Məhkəməsi-nin ötən il qüvvəyə minmiş gömrük tariflərini ləğv etməsindən sonra ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə tətbiq edilən yeni qlobal gömrük rüsumu 10 faiz səviyyəsində qüvvəyə minib.

Editor.az xəbər verir ki, ABŞ Ali Məhkəməsinin gömrük rüsumlarının əhəmiyyətli hissəsinin tətbiqini məhdudlaşdırmasından sonra Tramp administrasiyası tərəfindən irəli sürülən 10 faizlik tariflər artıq icraya başlanıb.

Donald Tramp əvvəlcə gömrük rüsumlarının 10 faiz olacağını bəyan etmiş, daha sonra isə bu göstəricinin 15 faizə qaldırılacağını açıqlamışdı.

//Gülnarə Abasova, Editor.az

Избранный
11
editor.az

1Источники