RU

“Turan Tovuz” “Qəbələ”ni böyük hesabla uddu

“Turan Tovuz” “Qəbələ”ni böyük hesabla uddu

Misli Premyer Liqasında XIV turdan təxirə salınan oyun baş tutub.

Dumanlı hava səbəbindən bu günə keçirilən matçda “Turan Tovuz” səfərdə “Qəbələ”nin qonağı olub. Qarşılaşma tovuzluların 3:0 hesablı darmadağını ilə başa çatıb.

Oyunda hesabı 9-cu dəqiqədə Alexandro Serrano açıb. 18-ci dəqiqədə Filip Ozobiç fərqi iki topa çatdırıb. İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə isə Seydina Keyta avtoqol müəllifi olaraq matçda son nöqtəni qoyub.

“Qəbələ” – “Turan Tovuz” - 0:3Qollar: Alexandro Serrano 9 (0:1), Filip Ozobiç 18 (0:2), Seydina Keyta 47-avtoqol (0:3)

Bu qələbə ilə "Turan Tovuz" turnir cədvəlindəki mövqeyini daha da möhkəmləndirib.

Избранный
34
afn.az

1Источники