Təcavüzkar ölkənin qanunsuz prezidenti Vladimir Putin, Ukraynanın danışıqlar mövqeyini zəiflətmək üçün ABŞ prezidenti Donald Trampla “flirt” edir.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski bunu “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib. Dövlət başçısı qeyd edib ki, bu, Kremlin “çox pis aktyorlardan” ibarət olması ilə bağlıdır. Zelenski bildirib ki, “ruslar Tramp və bütün dünya ilə oynayırlar. Putin inandırıcı göründüyünü və ona etibar etmək mümkün olduğunu düşünür. Xeyr, Putin, çox pis aktyordur.
O hesab edir ki, Rusiyanın Ukraynadakı təcavüzü “sonun əvvəlindədir”. Lakin Qərb Kremlin danışıqlar hiylələrinə aldanmamalıdır”, Zelenski vurğulayıb.
/Samir Qurbanov, Editor.az