RU

“Şəhərdə hələ xüsusi ab hava hiss olunmur” Nyukasldan xəbər gəldi

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Bu gün keçiriləcək “Nyukasl” – “Qarabağ” oyunu İctimai Televiziyada yayınlanacaq. Yayının təşkili məqsədilə İngiltərəyə yollananlar arasında telekanalın idman departamentinin rəhbəri Kənan Hakimov da var.Nyukasldakı atmosfer və matçdan gözləntilər haqda məlumat almaq məqsədilə Kənan bəylə əlaqə saxlamağı lazım bildik. Onun “Football-plus.az”a cavabı:

“Nyukasla bazar günü axşam saatlarında çatdıq. Dünən stadiona baş çəkdik və şəhəri gəzdik. Şəhərdə hələ xüsusi ab-hava hiss olunmur. Düzdü, burda bir-iki azərbaycanlı futbolsevərlə rastlaşdıq. Lakin azarkeşlərin əksəriyyəti bir qədər sonra gələcək. Klubdan verilən məlumata görə, stadionda təxminən 300 azərbaycanlı azarkeş olacaq. Onlar stadionun sol tərəfindəki tribunanın ən üst qatında əyləşəcək. Matçın hansı məcrada keçəcəyinə gəlincə, “Nyukasl”ın baş məşqçisinin dediklərindən anlaşılır ki, əsas heyətə güvənəcəklər. Bu da təbiidi. Çünki onlar ilk dəfədi bu mərhələdədilər. Odu ki, oyun tarixi əhəmiyyət daşıyır. Təəssüf ki, hələ bu məsələlərlə bağlı “Nyukasl” azarkeşləriylə söhbətləşmək imkanımız olmayıb”.

KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
1
icma.az

2Источники