RU

Fuad Oqtay: Ukrayna müharibəsində sülh və barış ancaq diplomatiya sayəsində əldə edilə bilər

Ukrayna müharibəsində sülh və barış ancaq diplomatiya sayəsində əldə edilə bilər.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclibsinin xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay Milli Məclisdə keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə parlamenti də dayanıqlı sülhün tərəfdarıdır:
“Bu region üçün də vacibdir.
İsrail və Fələstin arasındakı münaqişəyə gəlincə, Yaxın şərqdə uzunmüddətli sülh ədalətlə bərpa edilə bilər”.
O, çıxışında Azərbaycan-Ermənistan normallaşma prosesinə də toxunub:
“Biz Azərbaycan və Ermənistanın addımlarını etimadın qurulması üçün vacib hesab edirik. Razılaşdırılan TRIPP layihəsi bütün region üçün əhəmiyyətlidir. İnanıram ki, Gürcüstan da bundan öz faydasını götürəcək.
Ümumilikdə, normallaşma prosesi regionda sülh və stabilliyin güclənməsinə töhfə verəcək”..
Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclibsinin xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay Milli Məclisdə keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə parlamenti də dayanıqlı sülhün tərəfdarıdır:
“Bu region üçün də vacibdir.
İsrail və Fələstin arasındakı münaqişəyə gəlincə, Yaxın şərqdə uzunmüddətli sülh ədalətlə bərpa edilə bilər”.
O, çıxışında Azərbaycan-Ermənistan normallaşma prosesinə də toxunub:
“Biz Azərbaycan və Ermənistanın addımlarını etimadın qurulması üçün vacib hesab edirik. Razılaşdırılan TRIPP layihəsi bütün region üçün əhəmiyyətlidir. İnanıram ki, Gürcüstan da bundan öz faydasını götürəcək.
Ümumilikdə, normallaşma prosesi regionda sülh və stabilliyin güclənməsinə töhfə verəcək”.

Избранный
27
teleqraf.com

1Источники