RU

“20 ildir saçlarımı özüm kəsirəm” Burak Özçivit

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyəli aktyor Burak Özçivit "Alekó in my bag" verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, aktyor müsahibəsi əsnasında 20 ildir saçlarını özü kəsdiyini etiraf edib:

"Qayçı mənim üçün vacib əşyalardan biridir. Saçlarımı artıq 20 ildir özüm kəsirəm. İncəsənət Universitetini bitirən biri kimi bu mənim üçün asandır. Bu, mənim üçün rəsm çəkməkdən fərqlənmir".

Burak ən böyük hobbisinin avtomobillər olduğunu deyib:

"Maşınlara qarşı xüsusi marağım var. Bunu mənim ən böyük hobbilərimdən biri də adlandırmaq olar. Müxtəlif layihələrlə məşğulam: film, seriallar, indi də teatr. Amma real danışmaq lazım gəlsə, mənə bu həyatda ən böyük zövq və xoşbəxtlik verən şey maşındır. Bu mənim ehtirasımdır. Uşaqlıqdan belə idim, sadəcə formaları dəyişdi. Markası vacib deyil".

Aktyor pərəstişkarlarından gizlənmək üçün eynəkdən istifadə etdiyini açıqlayıb:

"Nə vaxt ki, uçuram, yatanda gözə taxılan bantdan istifadə edirəm. Evdə isə yox. Bu, həm də mənə gözlərdən uzaq qalmağa kömək edir. Məni tanımamaları çox çətindir, xüsusən də səyahət əsnasında. Çünki türk seriallarına müxtəlif ölkələrdə baxırlar. Rəqəmlər o qədər böyükdür ki, kimin səni harada və necə tanıyacağını bilmirsən. Eynəyi taxıram və özümü hər şeydən təcrid edirəm".

Burak formada qalmasından da söz açıb:

"Səhər yeməyi mütləqdir. İnsanlara günə səhər yeməyi ilə başlamağı məsləhət görürəm. Ən sevdiyim yemək kababdır, amma onu tez-tez yemirəm. Şirniyyatlar təhlükəlidir. Nə dadlıdırsa, o da təhlükəlidir. Yeməklə ehtiyatlı olmaq lazımdır. Baxmağa macal tapmamış 10 kiloqram kökəlirsən. Adətən axşamlar yemək yeyirəm. Şanslıyam ki, tez-tez acmıram və ya yemək asılılığım yoxdur. Gecə də yeyə bilərəm, qadağalarım yoxdur. Amma çəki alan kimi bilirəm ki, özümü ələ almalıyam. İşimə görə həftəlik buna riayət edirəm".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
axsam.az

1Источники