RU

ABŞ İran gərginliyi neft qiymətini artırır

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün səhər dünya bazarında neftin qiyməti artaraq yeddi ayın ən yüksək həddinə yaxınlaşıb.

Reyting.az xəbər verir ki, “Röyter”-in məlumatına görə, treyderlər ABŞ-İran nüvə danışıqlarının son mərhələsindən əvvəl geosiyasi riskləri qiymətləndiriblər.

İnvestisiya portalının məlumatında bildirilir ki, bu gün Brent markalı neftin fyuçersləri 30 sent artaraq barel üçün 71,41 dollara çatıb. Amerika WTI markalı neft 30 sent artaraq 66,61 dollara satılır.

“Bu mərhələdə geosiyasət neft qiymətlərinin formalaşmasında əsas rol oynayır. Yaxın Şərqdə mümkün hərbi eskalasiya riski artır və buna görə də treyderlər ən pis ssenarilərdən qorunmağa çalışırlar”, - deyə “Phillip Nova” şirkətinin baş bazar analitiki Priyanka Sachdeva bildirib.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
reyting.az

1Источники