RU

“Lufthansa” aviaşirkəti Qazaxıstana uçuşları bərpa edir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 24 fevral, AZƏRTAC

Almaniyanın “Lufthansa” aviaşirkəti martın 29-dan etibarən Qazaxıstana uçuşları bərpa edəcəyini açıqlayıb.

AZƏRTAC Qazaxıstanın Qazinform informasiya agentliyinə istinadla xəbər verir ki, Frankfurt-Mayndan Almatıya həftədə beş, Astanaya isə dörd müntəzəm uçuş həyata keçiriləcək. Reyslər üç sinifli – biznes, premium ekonom və ekonom salonlu Airbus A340-300 təyyarələri ilə yerinə yetiriləcək.

Bildirilib ki, uçuşlar həm birbaşa, həm də Almatı və Astanada dayanacaqla gediş-gəliş formatında təşkil olunacaq. Bu, sərnişinlərə Avropa və Şimali Amerika istiqamətlərinə daha geniş bağlantı imkanı yaradacaq.

Qeyd edək ki, aviaşirkət Qazaxıstana uçuşları 26 oktyabr 2025-ci ildən 29 mart 2026-cı ilədək beş ay müddətinə dayandırmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
1
azertag.az

2Источники