RU

İki aylıq atəşkəs əldə edilərsə... Zelenski namizədliyinin şərtlərini AÇIQLADI

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə davam edən münaqişə fonunda seçkilər keçiriləcəyi təqdirdə ikinci müddətə namizədliyini irəli sürə biləcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə "Tagesschau"ya müsahibəsində danışıb.

Prezident bildirib ki, Ukraynanın təhlükəsizliyi təmin olunarsa, seçkilərin keçirilməsinə hazırdır. Onun sözlərinə görə, iki aylıq atəşkəs əldə edilərsə, seçkilərin təşkili mümkün ola bilər.

“Hələlik, mən bu [birinci] müddətdə ilişib qalmışam, öz istəyimlə deyil. Sadəcə olaraq, uzadılıb. Namizəd olub-olmayacağımı bilmirəm. Əgər müharibə davam edərsə, bəli, mütləq. Əgər sülh olarsa, onda namizədliyim müəyyən deyil”, – deyə Zelenski vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
redaktor.az

2Источники