RU

O RUSİYA ARTIQ YOXDUR... Və ya Putinin etiraf edə bilmədiyi ən böyük səhvi!

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İşğalçı müharibənin 4 ili ruslara nələrə başa gəldi?

“Ukrayna artıq qalibdir, sadəcə, Putin hələ bunu bilmir…”

Bu gün kimsə 2022-cil 24 fevraldan öncəki toxunulmaz, qüdrətli, varlı, eləcə də ordusuna yan baxmağa belə kimsənin cəsarət etmədiyi Rusiyanı xatırlamır. Çünki o Rusiya artıq yoxdur. Artıq nəinki ABŞ, hətta qorxaq və riyakar mahiyyətli aparıcı Avropa dövlətləri belə Moskvaya meydan oxuyur, onun valyuta ehtiyatlarını, neft tankerlərini həbs edir, ruslara ikinci sort “izqoy” münasibəti göstərir və sair. Vladimir Putinin son 4 ildəki “I Pyotorluğu”nun acı nəticələrindən biri də budur…

Tarixlərə xüsusi önəm verən və özünü “böyük tarixi şəxsiyyət - İmperator” kimi görən Putinin əmrilə düz 4 il əvvəl bu gün, yəni, 23 fevral “ordu bayramı”nın səhəri günü Rusiya qoşunları çoxları üçün gözlənilmədən Ukraynaya soxuldu. Bu hücum sayəsində bir nüçə gün ərzində işğalçı ordu geniş əraziləri ələ keçirə bildi. Onlar hətta Kiyevin həndəvərinə qədər gəlib çıxdılar, şəhər ətrafında döyüşlər baş verdi. Lakin Ukrayna Silahlı Qüvvələri yenidən qruplaşmağı və təcavüzkarı geri atmağı bacardı, müharibənin ilk günlərində ələ keçirilmiş ərazilərin 70%-dən çoxunu azad etdi.

Rusiya ordusunun və komandanlığının səriştəsizliyini, imkanlarının şişirdildiyini görmək üçün 2022-ci ilin mart və 2026-cı ilin fevral aylarına olan Ukraynadakı hərbi əməliyyatların xəritələrini müqayisə etmək kifayətdir. Canlı qüvvə və texnika baxımından fəlakətli itkilərə məruz qalan Rusiya ordusunun bunun qarşılılğında qazandıqları müqayisə edilməyəcək dərəcədə azdır.

Ən aşağı hesablamalara görə, Rusiyanın itkiləri (ölən və yaralananlar) 1.200.000 əsgər və zabiti ötür. Rusiyanın gündəlik maliyyə itkiləri isə bir neçə milyard (!!!) dollar təşkil edir. Bundan əlavə, müharibə Rusiyanın öz sərhədləri daxilində onun bütün Avropa hissəsinə yayılıb. Ukrayna Silahlı Qüvvələri hər gün Rusiya şəhərlərinin infrastrukturuna zərbələr endirir, neft zavodlarını vurur, elektrik və istiliklə bağlı problemlər yaradır. Rusiya hava limanları Ukrayna dronlarına tabe olub, onların fəaliyyətindən asılıdır.

Putinin sayəsində ruslar internetə tam, normal çıxışı itirib, büdcənin 40%-dən çoxu “SVO”-nun təmin edilməsinə xərclənir, ruslar işlərini, gəlirlərini, xaricə səyahət imkanlarını və s. itirir, ölkənin demoqrafik vəziyyəti getdikcə pisləşir, hər il ölənlərin sayı yeni doğulanları xeyli üstələyir. "Rus dünyası" hər yerdə nifrətlə qarşılanır, ruslara "barbar" damğası vurulur. Bu damğanı silməyə isə bəlkə də onilliklər belə bəs etməyəcək.

Zelenskini təlxək və yararsız biri kimi təqdim etmək cəhdləri fiasakoya uğradı. Əksinə, daxil olduğu hər toplantıda, hər beynəlxalq tədbirdə adlı-sanlı siyasətçilər, liderlər onu ayaq üstə alqışladı. Ukrayna xalqı heç vaxt Rusiyanı arzulamadığını və ona boyun əyməyəcəyini sübut etdi. Ukrayna ordusu isə Kremlin təqdim etdiyindən fərqli olaraq, döyüşə hazır, qələbəyə qadir ən müasir orduya çevrildi. Rusiya ordusu yalnız Qırmızı Meydanda paradlar üçün uyğun olan "konsert-parad" ordusu olduğunu göstərdi. Son iki yüz ildə heç bir ordu rus ordusunun Ukraynada süründüyü qədər yavaş sürətlə irəliləməyib…

Bəli, Ukrayna üçün də çox ağırdır. Amma Ukrayna bu müharibəyə 4 il dözdü, dözür. Hərbi, siyasi, mənəvi, iqtisadi cəhətdən dözür. Məsələn, Ukraynanın qızıl və valyuta ehtiyatları 2026-cı ilin əvvəlində tarixində ən yüksək səviyyəyə çatıb. Qərb isə daha çox kömək etməkdə davam edir. Təsəvvür edin, məsələn, Danimarkanın müdafiə büdcəsinin təxminən 80%-i, İsveçin hərbi büdcəsinin 60%-i, Norveçin 40%-i, Hollandiyanın hərbi büdcəsinin 35%-i Ukrayna Silahlı Qüvvələrinə gedir. Üstəlik, Avropa Birliyinin hər il ayırdığı azı on milyardlarla dollarlar…

Lakin nəhəng Rusiya müharibəyə mənəvi və mental olaraq dözə bilmir. Çünki işğalçıdır və bunu anlayır. Elə iqtisadi cəhətdən də həmçinin. Müharibənin əvvəlində Rusiya Ukraynadan yüzlərlə dəfə varlı idi. İndi Rusiyanın büdcəsi bərbad vəziyyətdədir, büdcə kəsirini haradan bağlayacaqlarını bilmirlər, inflyasiya artır, iqtisadi göstəricilər çökür, neft-qaz bazarları üzünə bağlanır, hətta bir çox hərbi müəssisələrdə belə maaşlar aylarla gecikir və sair.

Dərindən baxsaq, Rusiya daha çox şey itirib, çünki müharibədən əvvəl Ukrayna ilə müqayisə edilməyəcək dərəcədə daha çox şeyə malik idi.

Bu, Rusiya üçün sadəcə hərbi məğlubiyyət deyil, fəlakətdir. Bu, sözün tam mənasında nüfuz dairəsi, zehni, mənəvi, mental, siyasi, iqtisadi, geosiyasi məğlubiyyətdir...

Rusiyanın “qara günləri” hələ müharibə bitəndən sonra başlayacaq. Ukraynanı isə əgər xaricdən qara əllər uzanmasa, daha işıqlı günlər və gələcək gözləyir…

Bu gün tammiqyaslı müharibənin dördüncü ilinin tamamı, beşinci ilinin başlanğıcıdır. Əvvəldə bütün Ukraynanı tutmaq həvəsində olan “İmperator” Putin indi “Slavyanskla Kramatorsku verin, dayanım” deyəcək qədər kiçilib, öləziyib. Buna baxmayaraq, hələ də Ukraynada “SVO” adı altında işğala başlamaqla böyük strateji səhvə yol verdiyini etiraf etmək istəmir. Bundan qorxur. Ancaq tanınmış rusiyalı jurnalist M.Qolopolskinin dediyi kimi, əslində, sınmayan, yenilməyən Ukrayna artıq qalibdir, Putin sadəcə, hələ bunu bilmir…

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
50
azpolitika.info

10Источники