RU

Fransa: Bordo Universitetinin divarlarında ifrat sağçı şüarlar aşkar edilib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paris, 24 fevral, AZƏRTAC

Fevralın 24-də Bordo Universitetinin kampusunun divarlarında zorakılıq və anti-müsəlman məzmunlu qraffiti yazıları aşkar olunub. Yazılarda “layiqli soyqırımı” və “yaxşı solçuya = ölüm” kimi ifadələr yer alıb və açıq şəkildə zorakılığa çağırış edilib.

AZƏRTAC xəbər verir ki, məlumat X sosial şəbəkəsində Bordoda “Əyilməz Fransa” (La France insoumise LFI) hərəkatının rəhbəri Nordin Remond tərəfindən yayılıb. O, bu əməlləri “qətllərə çağırış və Qəzzada soyqırımın əsaslandırılması” kimi qiymətləndirib. Nordin Remond paylaşımında ifrat sağ qüvvələri də tənqid edərək, bir şəxsin ölümü ilə bağlı matəmə hörmət göstərilmədiyini bildirib. “Susun və bu şəhəri sizin faşist sayıqlamalarınızdan kənarda saxlayın!”, – deyə o yazıb.

Onun sözlərini Sena-Sən-Döni departamentinin 3-cü dairəsindən LFI deputatı Toma Port da paylaşaraq vəziyyəti “ölkə boyu nəzarətdən çıxmış ifrat sağ” kimi xarakterizə edib.

Hazırkı mərhələdə Bordo şəhər hakimiyyəti və ya hüquq-mühafizə orqanları tərəfindən bu qraffiti ilə bağlı aparılan araşdırmaya dair rəsmi açıqlama verilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
2
azertag.az

3Источники