RU

​15 il sonra "Atletiko Madrid"dən gedir

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeonenin dogma klubdan ayrılacağı bildirilir.
Metbuat.az xəbər verir ki, bu iddia ilə İspaniya mediası çıxış edib.KİV-in yazdığına görə, argentinalı mütəxəssis mövsümün sonunda İtaliya təmsilçisi “İnter”ə keçəcək. Bununla bağlı tərəflər arasında gizli razılıq əldə edildiyi bildirilir. Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko Madrid"in baş məşqçisi vəzifəsində çalışır. O, komandasını həm ölkə çempionu edib, həm də bir neçə Avropa kuboku qazanıb.

Dieqo Simeonenin İspaniya klubunda illik maaşı 40 milyon avrodur.

Избранный
11
metbuat.az

1Источники