RU

Ər ilə arvad arasındakı pomidor xiyar davası məhkəmədə bitdi

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şəmkir rayonunda 1966-cı il təvəllüdlü Xalid ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Tahirəyə xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 20-də rayonun kəndlərindən birində baş verib. Xalid kənddə yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində birlikdə yaşadığı arvadı Tahirənin birinci evlilikdən olan övladı evdən iş yerinə tərəvəz aparmasına narazı olması səbəbi ilə onunla mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı həyətdən götürdüyü ağac hissəsi ilə arvadının sarğı və bud nahiyələrinə zərbələrlə vurub.Xalidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Xalid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Şəmkir rayonunun kəndində qızı, azyaşlı nəvəsi və arvadı Tahirə ilə birlikdə yaşayır, rəsmi iş yeri yoxdur:“Rusiya Federasiyasına gedərək orada işləmişəm. Tahirə mənim ikinci arvadımdır, birinci evliliyimdən 3 övladı var, onlardan isə Vüsalə mənimlə yaşayır. Tahirə ilə münasibətlərimiz normaldır”.Təqsirləndirilən şəxs deyib ki, iyunun 20-də, saat 9 radələrində qızı Vüsalə işlədiyi gözəllik salonuna getmək üçün hazırlaşıb: “Həmin vaxt işə aparmaq üçün bir pomidor, iki xiyar götürərək çantasına qoydu. Mən də ona kömək etdim. Tahirə isə qabları yudu. Həmin vaxt Vüsalənin iş yoldaşı onu küçədən çağırdıqda Tahirəyə cavab verməsini dedim. Tahirə isə etiraz etdi və Vüsalə çıxaraq getdi. Vüsalə çıxdıqdan sonra isə arvadım onun evdən pay aparmasına görə söylənməyə başladı. Mən də onların yola getməməklərinə görə əsəbləşdim və aramızda mübahisə yarandı. Mübahisə zamanı evdə olan ağac parçasını Tahirəyə tərəf atdım. Ağac parçası ona dəydi. Bundan sonra Tahirə acıq edərək atası evinə getdi. Eyni zamanda onu döyməyim barədə şikayət etdi”.Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkmiş də onu bağışlayıb, ona qarşı olan şikayətini geri götürüb.

Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.Həmçinin oxu: 

Nənələr haqlı imiş — 35 qəpiklik möcüzə

Səhər oyanan kimi telefona baxanlara pis xəbər

Santexniklərin sirri kimi saxladığı çarə — Hamamdakı üfunət qoxusunu anında kəsirFariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
demokrat.az

1Источники