RU

“Nyukasl” “Qarabağ”la oyuna ciddi itkilərlə çıxır

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində “Qarabağ”ı qəbul edəcək “Nyukasl Yunayted”in heyətində bir sıra problemlər yaranıb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi bugünkü həlledici matçda bir neçə aparıcı oyunçusunun xidmətindən istifadə edə bilməyəcək.

Bakıdakı görüşdə sarı vərəqə alan mərkəz müdafiəçisi Malik Tiau cəzalı duruma düşüb. Həmçinin müdafiəçilər – Fabian Şar, Emil Kraft, Tino Livramento və yarımmüdafiəçi Bruno Gimaraeş zədə səbəbindən heyətdə yer almayacaqlar.

Bundan başqa, müdafiəçi Sven Botman, yarımmüdafiəçi Lyuis Mayli və hücumçu Yoane Vissa da zədədən əziyyət çəkirlər. Onların da matçda iştirakı sual altındadır.

Qeyd edək ki, bu gün “Sent Ceyms Park”da keçiriləcək “Nyukasl Yunayted” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matçda qonaqlar 6:1 hesablı qələbə qazanıb.

Избранный
5
2
konkret.az

3Источники