RU

“Mançester Yunayted”in futbolçusuna 6 aylıq qadağa

“Mançester Yunayted”in müdafiəçisi Leni Yoro yaşayış massivində sürət həddini aşdığı üçün sürücülük hüququndan məhrum edilib və cərimələnib.

Msport.az xəbər verir ki, 22 yaşlı futbolçu ötən ilin avqustunda avtomobili ilə 30 mil (48 km) sürət həddi olan zonada saatda 72 millə (115 km) hərəkət edərkən radara düşüb.

Məhkəmədə mərkəz müdafiəçisi günahını etiraf edib. Məhkəmənin qərarı ilə Yoro 666 funt-sterlinq məbləğində cərimələnib və 6 ay müddətinə sükan arxasına keçməsi qadağan olunub. O, həmçinin 120 funt-sterlinq məhkəmə xərclərini və 266 funt-sterlinq məbləğində əlavə rüsumu ödəməlidir.

Futbolçunun vəkili Liza Nevitt iclasda müdafiəçinin dostunu dəmir yolu vağzalına çatdırmaq üçün tələsdiyini bildirib və onun adından üzr istəyib.

Избранный
13
msport.az

1Источники