RU

Emin Əmrullayev dövlət mükafatlarını sahiblərinə təqdim etdi -FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi münasibətilə universitet əməkdaşlarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə verilmiş yüksək dövlət mükafatlarının təqdimat mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə mükafatları elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.

Çıxışı zamanı nazir AzMİU-nun 50 illik yubileyinin ölkənin ali təhsil tarixində mühüm hadisə olduğunu vurğulayıb, universitetin keçdiyi inkişaf yolunu xatırladıb. O, AzMİU məzunlarının həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qazandıqları uğurlardan bəhs edərək, universitetin elmi-pedaqoji potensialının Azərbaycanın insan kapitalının formalaşmasında mühüm rol oynadığını bildirib.

Nazir yüksək dövlət mükafatına layiq görülən əməkdaşları təbrik edib, bu yüksək qiymətləndirməyə görə təhsil ictimaiyyəti adından möhtərəm cənab Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. Qeyd olunub ki, AzMİU təhsil və tədqiqat sahəsində fərqlənən ali təhsil müəssisəsi kimi ölkədə mühəndislik, memarlıq və şəhərsalma istiqamətlərinin inkişafına mühüm töhfələr verir.

Çıxışdan sonra elm və təhsil naziri tərəfindən yüksək dövlət mükafatları sahiblərinə təqdim olunub.

Tədbirdə çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Universitet kollektivinə göstərilən ali diqqət və etimada görə dövlət başçısına minnətdarlığını bildirib, Prezidentə ölkəmiz və xalqımız naminə yeni-yeni qələbələr arzulayıb. 

Rektor vurğulayıb ki, hazırda universitetin əsas hədəflərindən biri tədqiqat universiteti modelinin daha da gücləndirilməsidir.

Bildirilib ki, bakalavr təhsilində sabitlik təmin olunub, növbəti mərhələdə magistratura səviyyəsinin keyfiyyətinin daha da yüksəldilməsi, elmi tədqiqatların genişləndirilməsi əsas prioritetlərdəndir. Rəqəmsal çağırışlar, süni intellekt və innovativ texnologiyaların tədris və tədqiqat prosesinə inteqrasiyası AzMİU-nun strateji inkişaf xəttinin mühüm istiqamətləri kimi qeyd edilib.

Tədbirin sonunda elm və təhsil naziri, nazir müavinləri və yüksək dövlət mükafatına layiq görülən AzMİU əməkdaşlarının iştirakı ilə xatirə fotosu çəkdirilib.

Nazir

Nazir

Nazir

Nazir

Nazir

Nazir

Nazir

Избранный
15
7
redaktor.az

8Источники