RU

Trampın İrandakı əsas hədəfi onlardır Gizli SSENARİ KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

ABŞ-ın İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatı halında İran Silahlı Qüvvələrinin elit qurumu olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH/KŞİK) rəhbərliyi əsas hədəflərdən biri ola bilər.

KONKRET.az xəbər verir ki, Vaşinqton administrasiyası diplomatik səylərin və ya məhdud zərbələrin İranı nüvə proqramını dayandırmağa məcbur etməyəcəyi təqdirdə belə bir ssenarini nəzərdən keçirir. Kanalın məlumatına görə, genişmiqyaslı əməliyyat əsas hərbi və dövlət obyektlərinə, o cümlədən KŞİK rəhbərliyinə qarşı eyni vaxtda həyata keçirilən silsilə zərbələri əhatə edə bilər.

NBC telekanalı isə öz mənbələrinə istinadla bildirir ki, ABŞ mümkün hücum planlaşdırılarkən Tehranın cavab tədbirlərini də nəzərə alır. Vaşinqtonda hesab edirlər ki, İran hələ də “əhəmiyyətli atəş gücünə” malikdir və onun mümkün cavab addımları ABŞ və müttəfiqlərinin regiondakı maraqlarına ciddi zərər vura bilər.

Eyni zamanda, belə bir qarşıdurmanın uzunmüddətli münaqişəyə çevrilə biləcəyi istisna edilmir.

Financial Times qəzeti İsrail kəşfiyyatına istinadən yazır ki, ABŞ-ın mövcud hərbi potensialı İrana qarşı intensiv zərbələri təxminən 4–5 gün davam etdirməyə kifayət edə bilər. Daha az intensiv əməliyyatlar halında isə, USS “Gerald R. Ford” aviadaşıyıcısının Yaxın Şərqə yönləndirilməsi nəzərə alınmaqla, imkanların təxminən bir həftəlik yetərli ola biləcəyi qeyd olunur.

Nəşr həmçinin vurğulayır ki, mümkün münaqişənin başlanması ABŞ ordusunun şəxsi heyəti arasında itkilərə səbəb ola bilər ki, bu da ölkə daxilində, xüsusilə MAGA (Make America Great Again) elektoratı arasında siyasi təsir doğura bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
1
konkret.az

2Источники