RU

Şəhərlərdə birtərəfli yolların üstünlüyü nədir və necə təşkil olunmalıdır? – AÇIQLAMA

Bakı, 24 fevral, AZƏRTAC

Müasir şəhərlərdə bəzən birtərəfli yollara daha çox üstünlük verilir. Çünki bu zaman təhlükəsiz və münaqişəsiz hərəkət təmin edilir və tıxaclar daha az olur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında hüquqşünas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib.

Ekspert vurğulayıb ki, hərəkətin təşkili çox həssas məsələdir. Təcrübə göstərir ki, müəyyən kəsişmələrdə, dar boğazlarda üz-üzə gələn nəqliyyat axınlarının bir-birinə maneə olması nəticəsində yol-nəqliyyat hadisələrinin və tıxacların yaranma riski artır.

“Bu baxımdan dar küçələrdə birtərəfli hərəkətin təşkili daha məqsədəuyğun hesab olunur. Şəhərsalma norma və qaydaları da nəzərə alınmaqla yol hərəkətinin təşkili ilə bağlı ümumi prinsiplər prinsiplər mövcuddur və qərarlar məhz həmin prinsiplər əsasında qəbul edilməlidir. Burada əsas nələr nəzərə alınmalıdır? İlk növbədə təhlükəsizlik, yəni yol-nəqliyyat hadisələri olmamalıdır, minimuma endirilməlidir. İkinci yerdə fasiləsizlik, yəni nəqliyyat axınları maksimum tıxacsız hərəkət etməli, mobillik yüksək səviyyədə təmin olunmalıdır. Üçüncü yerdə isə yürüş məsafələrinin qısaldılmasıdır. Çünki sürücülər bir nöqtədən digərinə çatmaq üçün uzaq məsfələri dövr etməməlidir. Əvvəl iki istiqamətli olan yolların birtərəfli təşkili bu prinsiplərə uyğundursa, burada heç bir problem yoxdur. Müasir şəhərdə bunu nəzərə almaq mümkündür”, - deyə Ə.Hüseynov bildirib.

 

Избранный
25
2
azertag.az

3Источники