RU

Azər Allahverənov: Sülh prosesinə zidd mesajlar verilir

ARB24-ün canlı yayımında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Allahverənov regional prosesləri və Cənubi Qafqazda yaranmış yeni siyasi vəziyyəti şərh edib.

QHT.az xəbər verir ki, deputat bildirib ki, faktiki olaraq Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasında ilk baxışdan monolitlik müşahidə olunsa da, reallıqda bu birlik şərti xarakter daşıyır. Onun sözlərinə görə, partiya daxilində müxtəlif siyasi dairələrə mənsub şəxslər təmsil olunur və bu da vahid siyasi xəttin tam şəkildə qorunmasına maneə yaradır.

"Vaxtilə Vaşinqton razılaşmalarından və sülh sənədinin paraflanmasından sonra belə, partiyanın bəzi yüksək səviyyəli üzvləri separatçıların simvolikasının istifadə olunduğu tədbirlərdə və düşərgələrin açılış mərasimlərində iştirak ediblər. Bu isə rəsmi İrəvanın elan etdiyi sülh və normallaşma prosesinə zidd mesajlar kimi qiymətləndirilir. Vətəndaş Müqaviləsi Partiyasının sədri Nikol Paşinyan tərəfindən imzalanan sənədlər Azərbaycanla münasibətlərin normallaşdırılmasını nəzərdə tutan yeni mərhələnin başlandığını göstərir. Lakin bəzi partiya üzvlərinin bu siyasi xəttə uyğun davranmaması suallar doğurur".

Millət vəkilinin fikrincə, söhbət təkcə ayrı-ayrı tədbirlərdə iştirakdan deyil, eyni zamanda qeyri-formal hərbi birləşmələrlə bağlı iddialardan da gedir və bu amillər regionda davam edən sülh prosesinə mənfi təsir göstərə bilər.

 

Pərvanə Fərhadqızı

Избранный
17
qht.az

1Источники