RU

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi həyata keçiriləcək

Bakı. Trend:

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi“Qrant haqqında” Qanununa uyğun olaraq həyata keçiriləcək.

Trend-in məlumatına görə, bu məsələ MilliMəclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirə olunan“Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, mədəniyyət sahəsində layihələrin qrantmaliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni vəyaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətininartırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatlarınstimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturununinkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirməməqsədilə “Qrant haqqında” Qanununa uyğun olaraq həyatakeçiriləcək.

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrəmüsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Bildirilib ki, “Qrant haqqında” Qanununa əsasən hüquqi və fizikişəxslərə qrantların verilməsi ilə bağlı hər hansı məhdudiyyətmüəyyən edilməsə də, “Qeyri-hökumət təşkilatları tərəfindənmədəniyyət sahəsində keçirilən tədbirlərin dövlətmaliyyələşdirilməsi Qaydası” mədəniyyət sahəsində yalnız QHT-lərüçün tədbirlərin maliyyələşdirilməsi prosedurunumüəyyənləşdirir.

Vurğulanıb ki, mədəniyyət sahəsində keçirilən tədbirlərin qrantmaliyyələşdirilməsi üzrə QHT-lər ilə yanaşı, hüquqi şəxslərin digərnövləri, eləcə də fiziki şəxslər ilə bağlı tənzimləmənin həyatakeçirilməsi üçün xüsusi qaydanın təsdiq edilməsi zəruridir.

Qeyd olunanları nəzərə alaraq mədəniyyət sahəsində layihələrinqrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasınınmüəyyən edilməsi məqsədilə “Mədəniyyət haqqında” Qanunundadəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb.

Eyni zamanda, sözügedən qanunda yaradıcı sənaye ilə bağlıtənzimlənmə mövcud olsa da, bu ifadəyə anlayış verilməyib. “Mədənivə yaradıcı sənaye” ifadəsindən “2022-2026-cı illərdəsosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı,“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası” və digərsənədlərdə istifadə edilib. Bu xüsusda layihədə “mədəni və yaradıcısənaye” anlayışının da təsbit edilməsi nəzərdə tutulur.

Избранный
15
6
az.trend.az

2Источники