«Bəzi şeylər mənə pis təsir etdi».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in yarımmüdafiəçisi Rəhman Hacıyev deyib.
«Bakı»nın yetirməsi bu ilin yanvarında I Liqadan Premyer Liqaya qayıdıb. «
Kəpəz»dən gələn təklifi qəbul edən orta sahə oyunçusu «Səbail»dən ayrılıb və 5 aylıq müqaviləyə imza atıb.
2015-2015-ci illər aralığında «Neftçi»yə məxsus olmuş Hacıyev bir ara karyerasını bitirmək barədə düşündüyünü bildirib:
«Şəxsi həyatımda dərin problemlər yaşadım. Mənə çox pis təsir elədi.
Amma dostlarım sağ olsun, mənə dəstək oldular. Özüm-özümə motivasiya verdim ki, hələ yaşım azdı.
Karyeramı düşünməliyəm, belə erkən getmək olmaz. Toparlanmaq lazım olduğunu gördüm.
Şükür Allaha, indi hər şey yoluna düşür. Bundan sonra daha yaxşı olacağına da inanıram».