RU

AzMİU-nun 50 illik yubileyi münasibətilə yüksək dövlət mükafatlarının təqdimat mərasimi keçirilib (FOTO)

Bakı.Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illikyubileyi münasibətilə universitet əməkdaşlarına AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə verilmişyüksək dövlət mükafatlarının təqdimat mərasimi keçirilib.

Tədbirdə mükafatları elm və təhsil naziri Emin Əmrullayev təqdimedib.

Çıxışı zamanı nazir AzMİU-nun 50 illik yubileyinin ölkənin alitəhsil tarixində mühüm hadisə olduğunu vurğulayıb, universitetinkeçdiyi inkişaf yolunu xatırladıb. O, AzMİU məzunlarının həm ölkədaxilində, həm də beynəlxalq səviyyədə qazandıqları uğurlardan bəhsedərək, universitetin elmi-pedaqoji potensialının Azərbaycanıninsan kapitalının formalaşmasında mühüm rol oynadığınıbildirib.

Nazir yüksək dövlət mükafatına layiq görülən əməkdaşları təbrikedib, bu yüksək qiymətləndirməyə görə təhsil ictimaiyyəti adındanPrezident İlham Əliyevə təşəkkürünü ifadə edib. Qeyd olunub ki,AzMİU təhsil və tədqiqat sahəsində fərqlənən ali təhsil müəssisəsikimi ölkədə mühəndislik, memarlıq və şəhərsalma istiqamətlərinininkişafına mühüm töhfələr verir.

Çıxışdan sonra elm və təhsil naziri tərəfindən yüksək dövlətmükafatları sahiblərinə təqdim olunub.

Tədbirdə çıxış edən AzMİU-nun rektoru, professor GülçöhrəMəmmədova Universitet kollektivinə göstərilən ali diqqət və etimadagörə dövlət başçısına minnətdarlığını bildirib, Prezident İlhamƏliyevə ölkəmiz və xalqımız naminə yeni-yeni qələbələrarzulayıb.

Rektor vurğulayıb ki, hazırda universitetin əsas hədəflərindənbiri tədqiqat universiteti modelinin daha dagücləndirilməsidir.

Bildirilib ki, bakalavr təhsilində sabitlik təmin olunub,növbəti mərhələdə magistratura səviyyəsinin keyfiyyətinin daha dayüksəldilməsi, elmi tədqiqatların genişləndirilməsi əsasprioritetlərdəndir. Rəqəmsal çağırışlar, süni intellekt vəinnovativ texnologiyaların tədris və tədqiqat prosesinəinteqrasiyası AzMİU-nun strateji inkişaf xəttinin mühümistiqamətləri kimi qeyd edilib.

Tədbirin sonunda elm və təhsil naziri, nazir müavinləri vəyüksək dövlət mükafatına layiq görülən AzMİU əməkdaşlarınıniştirakı ilə xatirə fotosu çəkdirilib.

AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
Məqalədə:
Избранный
13
7
az.trend.az

8Источники