RU

ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg

ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmanı 4 iyul — Müstəqillik Gününə qədər əldə etməyə çalışır. Bu barədə Bloomberg agentliyinin məlumatında qeyd olunub. 

Vaşinqton müstəqilliyin 250 illiyinin qeyd olunmasından əvvəl razılaşmanın əldə olunmasını hədəfləyir.

Agentlik bildirir ki, Rusiya, Ukrayna və ABŞ nümayəndələri fevralın 17–18-də Cenevrə şəhərində danışıqlar aparıblar.

Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edib. O, danışıqların ikinci günündə müzakirələrin çətin, lakin praktik xarakter daşıdığını bildirib və növbəti görüşün yaxın vaxtlarda keçiriləcəyinə ümid etdiyini deyib.

Gülnar 

Избранный
4
anews.az

1Источники