RU

Qırğızıstanda nazir istefa verdi

BAKI, 24 fevral. TELEQRAF

Bakıt Torobayev Qazaxıstan baş nazirinin müavini və kənd təsərrüfatı, su ehtiyatları və emal sənayesi naziri vəzifələrindən istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.

Hökumətdən hələlik rəsmi təsdiq yoxdur.

Mənbələrə görə, istefa ərizəsi təqdim edilib, hazırda nəzərdən keçirilir. Tezliklə Prezident Sadır Japarovun qərarı və təsdiq üçün yeni namizədin təqdim edilməsi gözlənilir.

Torobayevin istefasının səbəbləri açıqlanmayıb. Siyasi dairələrdə Erlist Akunbekovun onun vəzifəsini icra edəcəyi ilə bağlı iddia var.

Избранный
16
teleqraf.com

1Источники