RU

Türkmənistanda MDB Hökumət Başçılarının iclası keçiriləcək

MDB ölkələrinin Hökumət Başçıları Şurasının növbəti iclası Türkmənistanın təşkilata sədrliyi çərçivəsində mayın 22-də Aşqabadda keçiriləcək.

"Far.Az" Türkmənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə MDB Baş katibinin birinci müavini İqor Petrişenko Minskdə təşkilatın Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, hazırda gündəliyə 11 məsələnin daxil edilməsi təklif olunur. Bu məsələlər ilk növbədə iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizlərinin inkişafı, konqres və sərgi fəaliyyəti və rəqəmsallaşmaya aiddir.

Həmçinin MDB-nin mədəniyyət paytaxtı statusunun 2027-ci il üçün Minskə, 2028-ci il üçün isə Karaqandaya verilməsi məsələsinə baxılması planlaşdırılır.

Избранный
31
far.az

1Источники