RU

Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin təsdiqini dondurdu

ain.az, Azertag saytına istinadən bildirir.

Paris, 24 fevral, AZƏRTAC

Avropa Parlamenti Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında ticarət sazişinin təsdiqi ilə bağlı işləri dayandırıb. Bu qərar ABŞ prezidenti Donald Trumpın yeni gömrük rüsumu təhdidlərindən sonra qəbul edilib.

AZƏRTAC xəbər verir ki, Parlamentin Beynəlxalq Ticarət Komissiyasının sədri Bernd Lanj X sosial platformasında sazişlə bağlı müzakirələrin növbəti göstərişə qədər dayandırıldığını bildirib.

“Artıq rəsmi olaraq təsdiqlənib: Avropa Parlamentinin Aİ–ABŞ sazişi üzrə işi növbəti göstərişə qədər dayandırılır. Danışıqlar komandamız Turnberi sazişinin hüquqi icrasını dayandırmaq və sabaha planlaşdırılan səsverməni təxirə salmaq qərarına gəlib”, – deyə o yazıb.

Bernd Lanj eyni zamanda vurğulayıb ki, hər hansı yeni mərhələyə keçməzdən əvvəl daha çox aydınlıq və hüquqi təhlükəsizlik təmin edilməlidir.

Qərar Donald Trampın tarif kampaniyasını gücləndirməsindən bir neçə gün sonra verilib. O, daha əvvəl 10% olaraq müəyyən edilmiş qlobal rüsumu 15%-ə qaldıracağını vəd edib.

ABŞ prezidenti, həmçinin Ali Məhkəmənin hökmündən bir gün sonra “odla oynayan” ölkələrə qarşı daha yüksək gömrük rüsumları tətbiq etməklə hədələyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
3
azertag.az

4Источники