RU

"Rəqib turnir cədvəlinin aşağı sıralarında mövqe tutsa da..." - "Şəfa"nın baş məşqçisi

1-ci Liqanın lideri "Şəfa" 16-cı tur çərçivəsində sabah "Difai"nin qonağı olacaq. Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb "fədailər"lə görüşdən nə gözlədiyini soruşduq.

33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Difai" də digər rəqiblər kimi qış fasiləsində heyətini gücləndirib. Rəqib turnir cədvəlinin aşağı sıralarında mövqe tutsa da, öz dəsti-xətti olan komandadır. Onlarla ilk gorüşdə bərabərə qalmışdıq. Çalışacağıq ki, səfərdən qələbə ilə qayıdaq. Üç oyundur ki, qələbə qazana bilmirik. Lakin lider komandayıq. Bu da bizə əlavə ruh yuksəkliyi verir. Komandada ab-hava istədiyimiz səviyədədir".

Qeyd edək ki, Ağsu şəhər stadionunda keçiriləcək "Difa" - "Şəfa" matçının start fiti 15:00-da səsləndiriləcək. 

Toğrul  

Избранный
3
1
fanat.az

2Источники