RU

Fuad Oktay: Azərbaycan-Türkiyə və Gürcüstan nümayəndələri arasında görüş keçirildi

BAKI, 24 fevral. TELEQRAF

"Bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşümüz oldu. Görüş üçtərəfli formatda - Azərbaycan-Türkiyə və Gürcüstan nümayəndələri arasında baş tutdu".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay Türk şəhidliyi abidəsini ziyarət edərkən deyib.

"Görüşdə regional məsələlərə və ikitərəfli münasibətlərə toxunduq, onları dəyərləndirmək imkanı əldə etdik. Üçtərəfli münasibətlər çərçivəsində, xüsusilə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları barədə çox ətraflı müzakirələr aparıldı. Sülh danışıqlarının son dərəcə müsbət getdiyini eşitməkdən məmnun olduq.

Bundan əlavə, bir çox yeni layihələr istiqamətində, istər Bakı-Tbilisi- Qars, istərsə də Bakı-Tbilisi-Ceyhan kimi layihələr çərçivəsində müsbət inkişafların olduğunu və işlərin davam etdiyini öyrəndik. Bundan başqa, bu gün Azərbaycanın dünyada neft və qaz boru kəmərləri vasitəsilə ixracı və daşınması sahəsində ilk sırada olduğunu bir daha öyrənməkdən məmnunluq duyduğumuzu ifadə etmək istəyirik", - Fuad Oktay əlavə edib.

Избранный
2
1
teleqraf.com

2Источники