RU

“Günay” Uşaq Gənclər Teatrı Xocalı soyqırımına həsr olunmuş tamaşanı təqdim edəcək

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 24 fevral, Anara Axundova, AZƏRTAC

Zərəngiz Dəmirçinin “Cavab ver” poeması əsasında hazırlanan “Xocalını unutmadıq” tamaşası “Günay” Uşaq və Gənclər Teatrında 24, 25 və 26 fevral tarixlərində nümayiş olunacaq. Tamaşanın rejissoru teatrın direktoru Larisa Tarusovadır.

L. Tarusova AZƏRTAC-a verdiyi müsahibədə ölkəmizin faciəli hadisələrinə həsr olunmuş tamaşalara gənc aktyorların cəlb edilməsinin vacibliyindən danışıb.

“Xocalını unutmadıq” tamaşası uzun müddətdir repertuarımızda yer alır. Pandemiyadan sonra onun tamaşasını müvəqqəti olaraq dayandırdıq. Keçən il onu canlandırmaq qərarına gəldim. Ssenaridə bir qədər dəyişiklik edib yenidən quruluş verdikdən sonra bu tamaşa ilə səhnəyə qayıtdıq. Hesab edirəm ki, bu mövzu çox zəruri və vacibdir. Uşaqlar belə bir mövzuda hazırlanan tamaşada oynadıqda, hər şeyi dərindən hiss etdikdə, onlar bu faciələri daxilən yaşayırlar. Onlar səhnədə belə bir faciəyə laqeyd qala bilməzlər. Bu il tamaşanı üç gün ərzində müxtəlif məkanlarda beş dəfə təqdim etmişik. Ümidvaram ki, tamaşaçıların qəlbinə bir daha yol tapacağıq”, - deyə teatrın direktoru vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
azertag.az

2Источники