RU

Bolt iki həftədir “itirilmiş” telefonu axtarır– vətəndaşdan maraqlı şikayət

Paytaxt sakini Hüseyn Süleyman taksi xidməti ilə bağlı yaşadığı maraqlı hadisəni sosial şəbəkədə paylaşıb. AzPost xəbər verir ki, o, Bolt platforması vasitəsilə sifariş etdiyi taksidə telefonunu unutduğunu bildirib və bununla bağlı şirkətə müraciət edib. Lakin vətəndaşın sözlərinə görə, sürücü vicdanlı davranaraq çox qısa müddətdə özü onunla əlaqə saxlayıb və telefonu şəxsən sahibinə təhvil verib.

Buna baxmayaraq, Hüseyn Süleyman həftələrdir Bolt-un müştəri xidməti ilə paralel şəkildə yazışdığını qeyd edib. O bildirib ki, artıq günlərdir telefonu geri alsa da, şirkət hələ də sistem üzərindən onu sürücü ilə əlaqələndirə bilmədiyini deyir.

“Artıq telefonu təhvil almışam və bu postu həmin telefonla yazıram. Amma Bolt hələ də mənim telefonumu axtarır”, – deyə o, paylaşımında ironik şəkildə vurğulayıb.

Vətəndaş baş verənlərdən çıxardığı nəticəni də açıqlayıb. Onun sözlərinə görə, yerli taksi şirkətlərindən istifadə etmək daha məqsədəuyğundur, çünki hər hansı problem yaranan zaman nümayəndə ilə birbaşa əlaqə qurmaq və məsələni operativ həll etmək daha asan olur.

Screenshot

AzPost.az

 

Избранный
15
1
azpost.info

2Источники