RU

Pakistanda polis avtomobili atəşə tutulub, 7 nəfər ölüb

Pakistanda polis avtomobilinə hücum olub, 7 nəfər ölüb.

APA “Reuters”ə istinadən xəbər verir ki, hadisə Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhədə yaxın yerləşən Kohat şəhərində baş verib.

Silahlı şəxslər polis avtomobilini pusquya salaraq atəşə tutub, nəticədə 6 polis öldürülüb.

Ölənlərdən biri isə mülki şəxsdir.

Qeyd edilib ki, bu hücum Karak şəhərində baş vermiş dron və silahlı hücum nəticəsində üç hərbçinin öldürülməsindən bir gün sonra baş verib.

Избранный
19
1
apa.az

2Источники