RU

Bakının bu rayonunda işıq kəsildi

Nəsimi rayonunun bəzi ərazilərdə işığın təchizatında fasilə yaranıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilir ki, fevralın 24-də Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 12:30-dan 14:30-dək Mirəli Qaşqay - Feyzulla Qasımov, Mirəli Qaşqay - Abbas Səhhət, Abbas Səhhət - Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

"Cebheinfo.az"

Избранный
18
34
cebheinfo.az

10Источники