RU

Tehranda diplomatik QALMAQAL: Niderlandlı rəsminin baqajı MÜSADİRƏ OLUNDU – VİDEO

İranda niderlandlı diplomatın çamadanında “Starlink” cihazları aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Tehrandakı İmam Xomeyni adına Beynəlxalq Hava Limanında Niderland diplomatına məxsus çamadan müsadirə olunub.

Hadisəyə diplomatın baqajın rentgen skanından keçirilməsinə etiraz etməsi səbəb olub.

Mənbələrin verdiyi məlumata görə, aparılan yoxlama zamanı diplomatın yükündə İranda istifadəsi qadağan olunmuş “Starlink” qurğuları, peyk telefonları və müasir simsiz rabitə avadanlıqları tapılıb.

Hazırda avadanlıqlar müsadirə olunub. Diplomatik statusuna baxmayaraq, belə avadanlıqların ölkəyə gətirilmə cəhdi rəsmi Tehran tərəfindən ciddi qayda pozuntusu kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
2
interpress.az

1Источники