RU

Qırğızıstanda milli süni intellekt mərkəzi və İT kolleci yaradılacaq

BAKI, 24 fevral. TELEQRAF

Qırğızıstanda milli süni intellekt mərkəzinin tikintisinə 2026-cı ildə başlanılacaq.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstanın rəqəmsal inkişaf və innovativ texnologiyalar nazirinin birinci müavini Nursultan Kubanov məlumat verib.

Nazir müavini bildirib ki, mərkəzin fəaliyyətə başlaması qırğız İT mütəxəssislərinin xaricdən qayıtmasına şərait yaradacaq, beynəlxalq texnologiya şirkətlərinin maraq və iştirakını cəlb edəcək, yeni kadrların hazırlanması üçün platforma təmin edəcək.

Nursultan Kubanov vurğulayıb ki, bu, İT, tədqiqat və inkişaf sahələrini birləşdirəcək və süni intellekt sahəsində genişmiqyaslı layihələr üçün baza rolunu oynayacaq tamhüquqlu laboratoriya və texnologiya mərkəzi olacaq.

Həmçinin Qırğızıstanda ilk beynəlxalq İT kollecinin yaradılması ilə bağlı müqavilə də imzalanıb. Kollecin həm dövlət qurumları, həm də özəl sektor üçün mütəxəssislərin hazırlanmasında əsas halqaya çevrilməsi planlaşdırılır.

Layihə investisiya müqaviləsi əsasında həyata keçirilir, işlərə bu il başlanacaq.

Избранный
16
teleqraf.com

1Источники