
Misli Premyer Liqasında XIV turdan təxirə salınan oyun bu gün keçiriləcək.
AFN.az xəbər verir ki, “Turan Tovuz” komandası “Qəbələ”nin qonağı olacaq. Qarşılaşma saat 15:00-da start götürəcək.
Hazırda Tovuz klubu 37 xalla turnir cədvəlinin 3-cü pilləsində, meydan sahibləri isə 15 xalla 10-cu sıradadır.
Qeyd edək ki, ötən ilin dekabrında keçirilən oyun Qəbələdəki duman səbəbindən yarımçıq dayandırılmışdı. Bu gün baş tutacaq matç həmin təxirə salınmış görüşün tamamlanması xarakteri daşıyır.