RU

Qış sərt üzünü göstərməyə başladı - Bu ərazilərdə yağış və qar olacaq!

Azərbaycanın rayon və şəhərlərində fevralın 25-nə gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq. Günün birinci yarısında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Gündüz yağıntılar tədricən kəsiləcək, gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, dağlarda isə gecə 0-4° isti, gündüz 5-10° isti olacaq.

Naxçıvan Muxtar Respublikasının ərazisində, o cümlədən Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında bəzi yerlərdə arabir yağıntı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Yağıntılar səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 12-17° isti təşkil edəcək.

Qarabağ və ətraf rayonlarda – Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli və Ağdamda, həmçinin Daşkəsən-Gədəbəy və Göygöl ərazilərində bəzi yerlərdə arabir yağıntı, qar gözlənilir. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 8-13° isti olacaq.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan ərazilərində əsasən yağmursuz hava gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntı, qar ehtimalı var. Arabir duman müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti təşkil edəcək.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalan ərazilərində əsasən yağmursuz hava şəraiti olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntı, qar yağacağı ehtimal olunur. Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə arabir yağıntı, dağlıq ərazilərdə qar gözlənilir. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 9-14° isti, dağlarda isə gecə 1-6° şaxta, gündüz 1-6° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış ehtimalı var. Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabad rayonlarında da əsasən yağmursuz hava gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntı ehtimalı var. Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-3° isti, gündüz 5-8° isti olacaq.


Telegram kanalımız
Избранный
50
47
yenisabah.az

10Источники